Sosial

Məktəblərdə “Zəfər tarixi” tədris olunacaq

Məktəblərdə “Zəfər tarixi” tədris olunacaq

Bütün ümumi təhsil müəssisələrinin IX siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saat dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursu tədris ediləcək.

Demokrat.az-ın məlumatına görə, bu, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmrdə əksini tapıb.

Qeyd olunub ki, tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.

D
demokrat.az