Sosial

Bu gün koronavirus əleyhinə 50 mindən çox vaksin vuruldu

Bu gün koronavirus əleyhinə 50 mindən çox vaksin vuruldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 455 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 046, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 409 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 045 471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 617 203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 428 268 təşkil edir.

Demokrat.az

D
demokrat.az