Bərdə sakini bacısını qətlə yetirib.
Demokrat.az "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində baş verib.
Belə ki, kənd sakini Cabbarov Fəqan Fəxrəddin oğlu qısqanclıq zəminində bacısı Nərmin Cabbarovanın başını kəsib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


