Dünya

Gürcüstanda son sutkada koronavirusdan 38 nəfər öldü

Gürcüstanda son sutkada koronavirusdan 38 nəfər öldü

Gürcüstanda son sutkada koronavirusa 4 216 yeni yoluxma halı təsdiqlənib, 1 735 nəfər sağalaraq evə buraxılıb, 38 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 444 569 nəfərin yoluxduğu müəyyən olunub. Onların 397 240-ı sağalıb, 6 054-ü dünyasını dəyişib.

Demokrat.az

D
demokrat.az