Gündəm

Türkiyəyə göndərilən xilasetmə qüvvələri haqda FHN-dən AÇIQLAMA

Türkiyəyə göndərilən xilasetmə qüvvələri haqda FHN-dən AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb.

Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən daxildir. Bu, Türkiyəyə göndərilən sayca 3-cü dəstək qrupudur. İlk qrup iyulun 30-da, digəri isə iyulun 31-də yanğınla mübarizə üçün Türkiyəyə göndərilib.

Bəs Türkiyəyə canlı qüvvə və texnikanın göndərilməsi davam edəcəkmi?

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva Demokrat.az-a verdiyi açıqlamada suala belə cavab verib:

“Türkiyəyə canlı qüvvə və texnikanın göndərilməsi vəziyyətə uyğun olaraq həyata keçirilir. Növbəti dəstəyin göndərilməsi də mövcud vəziyyətdən asılı olacaq. Növbəti qrup Türkiyəyə göndərilsə, bu barədə ətraflı məlumat veriləcək”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az