Kriminal

Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən ermənilərə hökm oxundu

Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən ermənilərə hökm oxundu

Yasamal rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 20 il müddətinə azadlıqdan mərhum ediliblər.

Qeyd edək ki, sonuncu iclasda çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər birinin 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az