Region

ABŞ Gürcüstana yüzlərlə hərbçi göndərir

ABŞ Gürcüstana yüzlərlə hərbçi göndərir

ABŞ “Agile Spirit 2021” təlimlərində iştirak üçün Gürcüstana bir neçə yüz hərbçisini göndərməyə hazırlaşır. Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Məlumatda həmçinin, ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasından Gürcüstana “Blek hovk” helikopterlərini də gətirdiyi vurğulanıb. Qeyd edək ki, “Agile Spirit” təlimi Gürcüstanda iyulun 26-da start götürəcək və avqustun 6-na qədər davam edəcək. Təlimə 15 ölkədən 2500 hərbçi qatılacaq.

D
demokrat.az