İdman

Bu gecə Amerika Kubokunun qalibi bəlli olacaq

Bu gecə Amerika Kubokunun qalibi bəlli olacaq

İyulun 11-də futbol üzrə Amerika Kubokunda final oyunu keçiriləcək.

Demokrat.az xəbər verir ki, həlledici görüşdə Braziliya və Argentina yığmaları üz-üzə gələcəklər. Rio-da-Janeyrodakı "Marakana" stadionunda gerçəkləşəcək görüş Bakı vaxtı ilə gecə saat 04:00-da başlayacaq.

"Sambaçılar" 1/4 finalda Çilini, yarımfinalda isə Perunu mübarizədən kənarlaşdırıb. Argentinalılar isə müvafiq olaraq, Ekvador və Kolumbiyanı məğlub ediblər.

Qeyd edək ki, Amerika Kubokunun bürünc medalını Kolumbiya yığması qazanıb.(report.az)

D
demokrat.az