Kriminal

"Azərbaycan ordusuna hücum etmək fikirim olmayıb, amma..." — Erməni terrorçuları danışdı

Azərbaycan ordusuna hücum etmək fikirim olmayıb, amma... — Erməni terrorçuları danışdı

Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda ifadə verən dəstənin digər üzvü Karen Aramyan isə bildirib ki, onlar mühafizə etdikləri ərazidə heç bir yaşayış olmayıb: "Məni komissarlığa çağırmayıblar. Noyabrın 27-də birbaşa hərbi hissəyə gətirib silah və zirehli geyim verib dağ apardılar Bizə deyirdilər ki sadəcə siz ərazini müşahidə edin. Dekabrın 13-də bizə dedilər ki,bartıq siz Ermənistana qayıdırsınız. Biz təxminən 3 saat yol gəldik.

Kazaryan dedi ki sizi aşağıda avtobuslar gözləyir. Biz yola çatanda Azərbaycan hərbçiləri ilə rastlaşdıq. Onlar bizi saxladı və silahlarımızı aldılar. Biz təslim olub silahları verdik. Bizi Azərbaycan əsgərlərinin müşahidəsi ilə gətirdilər hərbi hissəyə. Bizə Azərbaycan əsgərləri heç bir təzyiq göstərmədi". Prokurorun suallarını cavablandıran Karen Aramyan bildirib ki, o Hadrut ərazisinə gəlməkdən imtina edə bilməyib: " Mənə demişdilər ki, Hadruta getməkdən imtina etsəm, mənə cinayət işi başlayıb fərari kimi həbs edəcəklər. Hadrutda silahlı dəstələrin hansının hansı ərazidə olmasını Kazaryan təyin edirdi. O qərar verəndən sonra bizim postları təyin edirdilər. Mən 2013-2015-ci illərdə Qubadlı rayonundakı hərbi hissədə xidmət etmişəm. Bilirdim ki, ora Azərbaycan ərazisidir, amma etiraz edə bilməzdim. Çünki orda ermənilər yaşayırdı". Dəstə üzvü deyib ki, Kazaryan onları Hadrutda gətirəndə aldadıb: "Bizə demişdi ki, sülhməramlılar Azərbaycanla Ermənistanın yeni sərhədlərini müəyyən edib və bizim dayandığımız yer Ermənistanda qalıb. Biz orda olan müddətdə ərzaqı hər gün bir nəfər atla düşüb aşağıdan gətirirdi. Bizə deyirdilər ki, ərzaq Xocavənddədır. Mən müharibədə çağırılmamışam. Müharibədən sonra bizə dedilər ki, siz ehtiyatda saxlanmısınız v ona görə də müharibədən sonra təyin olunan sərhədləri qoruyacaqsınız". Hakim bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmə ifadəsi arasında bəzi ziddiyyət var. Ona görə də prosesdə onun ibtidai istintaqa ifadəsi elan edilib. Karen Aramyan istintaqa ifadəsində bildirib ki, Kazaryanın tapşırığı ilə onları Xocavənddə gətirib Hadrurətda yerləşdiriblər.

Orada bildiriblər ki, Azərbaycan əsgərləri bu əraziyə yaxınlaşarsa silahlı müqavimət göstərin". Daha sonra Andranik Manukyan ifadəsində özünü qismən təqsirli bilib: "Mən etiraf edirəm ki, Azərbaycan ərazisinə qanunsuz keçdiyini bilirdim. Lakin biz tapşırıq icra edirdik. Kazaryan sülhməramlıları ilə danışandan sonra bizi Azərbaycan ərazisinə buraxdılar. Biz maşınla xeyli yol gələndən sonra maşın dayandı, biz düşüb torpaq yolla meşəyə daxil olduq. Gecəyə qədər yol gəlib dayanacağının yerə çatdıq. Bizdən bir neçə kilometr aralıda Azərbaycan postları idi. Amma nə onlar bizə atəş açırdı, nədə biz onlara. 14 gün orada qalandan sonra bizə zəng etdilər ki, düşün aşağı. Biz qida göndərilən yerə düşdük, orada bizi erməni komandir qarşılamalı idi. Amma düşəndə gördük ki, komandir orda yoxdur, qaçıb. Təxminən yarım saat yol gedəndən sonra Azərbaycan əsgərləri ilə rastlaşdıq. Azərbaycan əsgərləri bizə dedi ki, təslim olun və silahları təhvil verin. Biz də silahlarımızı təhvil verdik".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o 2015-2017-ci illərdə Tərtər rayonunun Tonaşen kəndində hərbi xidmət çəkib: "Müharibənin dayandırılmasından məlumatım var idi. Bilirdim ki Ermənistan kaputulyasiya aktını imzalayıb. Amma bu aktın hansı şərtlərlə imzalandığı bizə açıqlamırdılar. Bilmirdik ki Azərbaycan hara qədər torpaqları işğaldan azad edib".

Hakim deyib ki, təqsirləndirilən şəxs istintaqda bildirib ki, onlara Kazaryanla yanaşı Artur Muradyan adlı hərbçi də rəhbərlik edib, tapşırıqlar verirmiş. Həmçinin istintaqda ifadəsində o bildirib ki, Xocavənddə xidmət etməkdə məqsədi həmin ərazilərə Azərbaycan hərbçilərinin daxil olmasına maneçilik törətmək idi".

Daha sonra ifadə verən Eduard Giraqusyan bildirib ki, onu hərbi hissəyə çağırıblar və hərbi ləvazimatla təmin ediblər: "Bizə dedilər ki, Ermənistan ərazisindəki postlara gedəcəyimizi bildirdilər. Mən özümdə Ermənistan ərazisində postlara çıxacağımı bildirdim. Sonra gecə bizi avtobusa mindirdilər, apardılar. O tərəflərdə heç vaxt olmamışdım. Səhər açılanda gördüm ki, Laçına gəlmişik. Sonra bizi "Ural" maşınına mindirdilər. 10-15 dəqiqə gedəndən sonra Rus sülhməramlılarını gördük. Təxminən 45 dəqiqə gedəndən sonra yol olmadığı üçün piyada getməyə başladıq. 2-3 saat çətin yollarla getdik. Bizi postlara yerləşdirdilər. Bizə göstəriş verdilər ki, burada tərəflər arasında atəşkəs pozulmayacaq. Atəşi pozan tərəf mühakimə olunacaq. Bizə sayla patron veriblər. Bir dəfə havaya atəş açmışıq. O da çörək gətirəni bilmək üçün atəş açmışıq".

Eduard Giraqusyan qeyd edib ki, postdan düşəndən sonra bir qədər gediblər və qarşılarına tonqal başında əyləşən şəxslər görüblər: "Fikirləşdik ki, bizimkilərdir. Amma onlara yaxınlaşanda gördük ki, yaşıma uşaqlarıdır. Onlar bizə təslim olmağı bildirdilər. Biz kiçik adam olduğumuz üçün onlara atəş açmadıq və təslim olduq. Bizi bir kəndə gətirdilər. Orada bizi Azərbaycan maşınlarına mindirdilər, bilmədiyimiz yerə gətirdilər".

Təqsirləndirilən şəxs deyib ki, postda olduqları zaman cəmi bir dəfə atəş açıblar: "Duman və.çən olduğu üçün bizim olduğumuz yeri bilən olmayıb. Gümrü şəhərində idman müəllimi olmuşam. Andranik Manukyanla eyni ərazidə müəllim işlsək də, bir-birimizi tanımamışıq. Burada bir-birimizi görmüşük".

Hakim deyib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsində ziddiyyətlər var. Həmin ziddiyyətlər ondan ibarətdir ki, onlar Azərbaycan hərbiçilərinə müqavimət göstərmək barədə rəhbərliklərindən tapşırıqlar alıblar.

Onun ifadəsinə görə, Azərbaycan ərazisində olduqlarını biliblər.

Digər təqsirləndirilən Gevorg Martirosyan ifadəsində bildirib ki, Dağlıq Qarabağda yerləşən qanunsuz orduda kiçik çavuş rütbəsində xidmət edib: "Oranın Azərbaycan ərazisini olduğunu bilməmişəm. Biz öz qulluğumuzu yerinə yetirmişik".

Hakim deyib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsində ziddiyyətlər var. Hakim həmin ziddiyyətli ifadələri elan edib.

Məlum olub ki, onların məqsədləri Azərbaycan ordusunun mövqelərinə hücum etmək olub: "Arsen Kazariyan olduqları yerin Ermənistan ərazisi olduğunu deyib. Biz də ona inanmışıq. Ermənistan ordusuna qoşulmaqda məqsədimiz üzərimizdə olan silahlarla Azərbaycan ordusuna basqınlar etmək olub".

Təqsirləndirilən Volodya Akopyan ifadəsində deyib ki, onlara atəş açmamağı qəti tapşırıq veriblər, bir hadisə olduqda isə Rus sülhməramlılarına məlumat vermək barədə göstəriş alıblar. O deyib ki, Qarabağa döyüşməyə könüllü getməyib və onu məcbur aparıblar: "Müharibəyə getməsəydim, məni mühakimə edəcəkdilər. Bilsəydik ki, ora Azərbaycan ərazisidir, ora getməzdik. Biz həmin ərazilərin Azərbaycan ərazisi olduğunu bilməmişik".

O qeyd edib ki, dağda olan postda onlar 62 nəfər olublar, Gümrüdə olan 40 nəfər isə Arsen Kazariyan ilə birlikdə olublar: "Bizim həmin şəxslərlə əlaqəmiz olmayıb, bir yerdə olmamışıq. Onlar Arsenal başqa yerdə olublar. Mənim Azərbaycan ordusuna hücum etmək fikirim olmayıb. Əgər belə bir hal olsaydı, mən özüm silahı yerə atardım".

Növbəti proses iyulun 5-də saat 10.00-da davam edəcək. / Teleqraf.com

D
demokrat.az