Bu gün Azərbaycanda daha 10814 nəfər vaksinasiya olunub.
Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6622 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1423295, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 939098, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 484197 nəfər təşkil edir.


