İdman

Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirinin qalibi oldu

Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirinin qalibi oldu

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Monteneqronun Nikşiç şəhərində keçirilən “Vladimir Bato Kontiç” turnirində uğurla çıxış edib.

Demokrat.az xəbər verir ki, gənc şahmatçımız 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi olub. İstedadlı şahmatçımız bu nəticə ilə həm də qrossmeyster balını toplayıb.

İsveçrə sistemi üzrə keçirilən yarışda 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı mübarizə aparıb.(qafqazinfo.az)

D
demokrat.az