Dünya

Rusiyada koronavirusdan ölənlərin sayı 94 659-a yüksəldi

Rusiyada koronavirusdan ölənlərin sayı 94 659-a yüksəldi

Rusiyada son bir gündə daha 9 632 nəfərə COVID-19 diaqnozu qoyulub.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 447 570 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 443 nəfər artaraq 94 659-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 060 652 nəfər sağalıb.(report.az)

D
demokrat.az