Sosial

Azərbaycanda son gündə koronavirusa yoluxanların sayı açıqlandı — RƏSMİ

Azərbaycanda son gündə koronavirusa yoluxanların sayı açıqlandı — RƏSMİ

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 234 nəfər müalicə olunaraq sağalıb, 603 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 240 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3 282 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 053 nəfərdir.

Ötən müddət ərzində 2 710 126 test aparılıb. Bugünkü test sayı isə 8 945-dir.

D
demokrat.az