Hadisə

Şəmkirdə yol qəzası: xəsarət alanlar var

Şəmkirdə yol qəzası: xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Yasamal adlanan hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az