Təhsil naziri Emin Əmrullayev bu gün intihar etmiş məktəblilər haqda paylaşım edib.
Demokrat.az xəbər verir ki, nazir sosial şəbəkə hesabında şagirdlərin ailəsinə baş sağlığı verib.
“Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!”, – deyə nazir qeyd edib.
Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!
— Emin Amrullayev (@EminAmrullayev) March 9, 2021


