Hadisə

Gəncədə ana və uşaqları dəm qazından öldü

Gəncədə ana və uşaqları dəm qazından öldü

Gəncə şəhərində evdə ana və iki azyaşlı uşağının meyiti tapılıb.

Demokrat.az xəbər verir ki, hadisə martın 8-də, səhər saatlarında baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Leyla Məmmədova, onun oğlu, 2014-cü il təvəllüdlü Murad və qızı, 2015-ci il təvəllüdlü Xədicə hamamda çimdikləri zaman dəm qazından zəhərlənərək boğulub ölüblər.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

D
demokrat.az