Hadisə

Şəkidə ərəblərin olduğu maşın qəzaya düşdü - 7 yaralı var

Şəkidə ərəblərin olduğu maşın qəzaya düşdü - 7 yaralı var

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.AzReport-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb. İçində ərəblərin də olduğu iki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alan şəxslərin kimlikləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az