Ermənistanda baş nazir Nikol Paşinyanla müxalifət tərəfdarları eyni vaxtda aksiya keçirib.
Demokrat.az Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan erməni xalqından yol verdiyi kobud səhvlərə görə üzr istəyib:
“Son 10 ayda hökumətimiz hər cür nöqsanlar buraxıb. Buna görə ,bütün erməni xalqından üzr istəyirəm” - deyə baş nazir qeyd edib.
Qeyd edək ki, Respublika meydanına tərəfdarlarını toplayan Paşinyan aksiyaya həyat yoldaşı və övladları ilə birgə gəlib.


