Siyasət

Məmmədyarov Meksikaya yollandı

Məmmədyarov Meksikaya yollandı

Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə yollanıb.

Bu barədə Demokrat.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Meksikanın yeni seçilmiş Prezidentinin inauqurasiya mərasimində iştirakı və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

D
demokrat.az