Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
"Şöhrət” ordeni ilə
Əlibəyov İnqilab Vəlibəy oğlu
"Tərəqqi” medalı ilə
Abıyev Aydın Müstəcəb oğlu
Cəfərov Vilayət Abbasqulu oğlu
Həsənova Esmeralda Yusub qızı.
Prezidentin digər sərəncamı ilə Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Solmaz Əli qızı Rüstəmova-Tohidiyə "Əməkdar elm xadimi” fəxri adı verilib.
Bundan başqa Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhim oğlu Rəhimli "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Demokrat.Az


