Sosial

“Azərsu” ASC-nin zəng mərkəzi bu gün işləməyəcək

“Azərsu” ASC-nin zəng mərkəzi bu gün işləməyəcək

“Azərsu” ASC-nin 955 Zəng Mərkəzinin proqram təminatında təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar xidmətin fəaliyyəti müvəqqəti dayandırılıb.

Qurumdan Demokrat.Az-a daxil olan məlumata görə, gün ərzində proqram təminatında yenilənmə işlərinin başa çatdırılması və Zəng Mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC istehlakçılardan üzr istəyir.

D
demokrat.az