İdman

Türkiyə Superliqasında üçhakimiyyətlilik

Türkiyə Superliqasında üçhakimiyyətlilik

“Beşiktaş” Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

Demokrat.azxəbər verir ki, İstanbul təmsilçisi öz meydanında “Konyaspor”la qarşılaşıb. “Qara-qartallar” matçın 21-ci dəqiqəsindən azlıqda qalmasına baxmayaraq, 81-ci dəqiqədə qol vuraraq 1:0 hesablı qələbə qazanıb.

“Beşiktaş” – “Konyaspor” – 1:0 Qol: Rosyer, 81 Qırmızı vərəqə: Fabrike Nskala, 21 (“Beşiktaş”)

Bu qələbə ilə xallarını 48-ə çatdıran “Beşiktaş” 2-ci pilləyə yüksəlib. Lider “Qalatasaray” və 3-cü pillədə olan “Fənərbaxça”nın da 48 xalı var.

D
demokrat.az