Qarabağ

Rusiya niyə milyonlarını Qarabağa “səpir”? ​— Ayrılan milyonlar “sülhməramlılar”, yoxsa ermənilər üçündür?

Rusiya niyə milyonlarını Qarabağa “səpir”? ​— Ayrılan milyonlar “sülhməramlılar”, yoxsa ermənilər üçündür?

Kamal Sultanov adlı şəxs özünün feysbuk hesabında Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyəti və gələcəyi ilə bağlı maraqlı məqalə paylaşıb.

Demokrat.az əlavə şərh vermədən həmin məqaləni olduğu kimi təqdim edir:

Hələlik siyasi məsələləri bir kənara qoyaq və "sülhməramlı əməliyyat"ın maliyyə tərəfindən danışaq.

Görünən odur ki, Rusiya Federasiyası təkcə “dinc” əhalinin hərbi qarşıdurmadan qorunmasını deyil, bir çox digər funksiyaları öz üzərinə götürməyə qərar verib: müharibə nəticəsində dağıdılmış infrastrukturun bərpası, yaşayış yerlərinin və sosial obyektlərin təmiri, məktəblər, xəstəxanalar, yerli əhalinin tibbi dəstəyi, "yuxunuz şirin olsun uşaqlar" proqramlarının təşkili, kompot badələrinin köməyi ilə ruhu yüksəltmək üçün psixoloji yardım.

Bəs görəsən, bütün bu yaxşılıqlar Rusiyaya nə qədər başa gələcək?

Rusiya mənbələrinə görə, Putinin bir "sülhməramlı əməliyyat"ına vəsait ayırma əmri Rusiyaya ildə 35-50 milyon dollara başa gələcək. Bu məbləğ haqda hələ Rusiya Fövqəladə Hallar Nazirliyinin hissələri Dağlıq Qarabağa inşaat materialları ilə qatarların göndərilməsinə dair söhbət olmadığı zaman müzakirə edildi.

Ancaq əsas xərclər sonrakı mülahizələrdən görünəcək.

Erməni mənbələrinə görə, separatçı rejimin büdcəsi ötən il 250 milyon dollara bərabər idi. Bunun 150 milyon dolları Ermənistan büdcəsindən transferlər idi. Qalan 100 milyonu isə onlar qanunsuz şəkildə istismar olunan Kəlbəcər və Zəngilandakı yataqlardan, əsasən qızıl və gümüşün çıxarılması zamanı mədən şirkətlərinin 60-65 faiz təşkil edən vergilərdən alıblar.

Qalan pulların, əsasən, yarısını işğal olunmuş rayonlardan satılan taxıldan gələn kənd təsərrüfatı məhsullarının vergiləridir.Ermənistan artıq büdcəsindən dotasiya edə bilməyəcək. Əgər bu çirkinliyi belə adlandırsaq, iqtisadiyyatın qalıqlarından maksimum 15-20 milyon dollar toplana bilər. Vəssalam.

Ona görə də, əgər Rusiya heç olmasa qalan əhalinin yaşayış səviyyəsini qoruyacaqsa, onda bunun üçün Qarabağ üçün düz və əyri yollarla ildə 250 milyon dollardan çox pul xərcləməli olacaq.

Ümumiyyətlə, bu, ildə təxminən 18 milyard rubl, planlaşdırılmış beş ildə isə 90 milyard rubl təşkil edir.Müqayisə üçün, Adıgey Respublikası (əhalisi 0,5 milyon nəfər), Qaraçay-Çərkəz (0,5 milyon nəfər) büdcələri 2020-ci ildə 23-25 milyard rubl təşkil edib.Uzaq Şərqdəki əhalisi 160 000 nəfər olan Yəhudi muxtariyyətinə isə ildə 11 milyard rubl xərclənir.

Qarabağ ermənilərinin yaşayış səviyyəsi onsuz da aşağıdır və daha da aşağı düşəcək. Buradakı ermənilərin onsuz da ürəkaçan olmayan sosial-iqtisadi durumu bundan sonra daha da acınacaqlı hala düşəcək və bölgədən köç, buradakı ölüm halları artacaq.

Ona görə də Rusiya nəzarətinə götürdüyü “dinc ermənilərin” gələcəyi üçün daha böyük tədbirlər görməyə məcburdur.

D
demokrat.az