Hadisə

Bakıda avtomobil 55 yaşlı qadını vurdu

Bakıda avtomobil 55 yaşlı qadını vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Yolu keçən 1965-ci il təvəllüdlü Abdullayeva Natavan Şəmsəddin qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qamış sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az