Hadisə

Bakıda xəstəxanada kütləvi zəhərlənmə - VİDEO

Bakıda xəstəxanada kütləvi zəhərlənmə - VİDEO

Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib.

Səhiyyə NazirliyindənOxu.Az-a verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb:

“Yeddihəkimtəxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Heç birində zəhərlənmə əlaməti olmadığı üçün evə buraxılıblar. Sadəcə həkimlər qorxub, təlaşlanıblar”.

Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinədəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır:

“Çünki xəstəxana qazlaşdırılmış bina deyil”.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəriA24.az saytı yayıb.

D
demokrat.az