Goranboya qonaq gələn Hacıqabul sakini dəm qazından zəhərlənib.
Demokrat.az xəbər verir ki, hadisə gecə saatlarında Aşağı Ağcakənd qəsəbəsində baş verib.
İlkin məlumata görə, qəsəbəyə qonaq gələn 1961-ci il təvəllüdlü Hacıqabul sakini Talıbova Mahidə Ağarza qızı doğmalarının evində dəm qazından zəhərlənib.
Qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(apa.az)


