Kriminal

Bakıda gənc əlbəyaxa dava zamanı bıçaqlandı

Bakıda gənc əlbəyaxa dava zamanı bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Məhəmmədli Mehran Hüseyn oğlu tanıdığı şəxslə əlbəyaxa dava edərkən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)

D
demokrat.az