Gündəm

"Monitorinq mərkəzinin harada yerləşəcəyinə Bakı özü qərar verəcək" — Rusiya Prezidenti

Monitorinq mərkəzinin harada yerləşəcəyinə Bakı özü qərar verəcək — Rusiya Prezidenti

"Bakı özü monitorinq mərkəzinin harada yerləşəcəyinə qərar verəcək".

Demokrat.azxəbər verir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

V.Putin bildirib ki, Qarabağdakı Rusiya Federasiyasının sülhməramlı kontingentinin sayı kifayət qədərdir:

"Sülhməramlıların sayının artırılması yalnız tərəflərin razılığı əsasında mümkündür".

Xatırladaq ki, Rusiya və Azərbaycan Prezidentləri və Ermənistanın Baş nazirinin noyabrın 10-da imzaladıqların üçtərəfli razılaşmanın 5-ci bəndinə əsasən Qarabağda sülhə nəzarət üçün birgə monitorinq mərkəzi fəaliyyət göstərəcək. Monitorinq mərkəzinə Türkiyə və Rusiya daxildir. /Modern.az

D
demokrat.az