Kriminal

Abşeronda 11 yaşlı oğlan bıçaqlandı

Abşeronda 11 yaşlı oğlan bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb.

Yeniyetmə əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır (report).

D
demokrat.az