Vətən müharibəsi: məhv edilən düşmən, hərb strategiyasını dəyişən ordumuz

GÜNDƏM 29 okt 2020, 16:45

Azərbaycanın işğal olunmuş torpaqları azad etmək istiqamətində başladığı Vətən müharibəsi davam edir. Sentyabrın 27-dən indiyə qədər Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhəri də daxil olmaqla 180-nə yaxın yaşayış məntəqəsi azad olunub. Ordumuz düşməni darmadağın etməkdə davam edir. 


Ordumuzun uğurlu əməliyyatı bütün dünyada müasir müharibə sənətini dəyidirdi. Ordumuzun müasir hərb strategiyasının tətbiqi və dünya hərb tarixinə yenilik gətirməsi, əldə edilmiş uğurlarının əsasında Prezident İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində apardığı məqsədyönlü siyasət dayanır.


Bu müddətdə üç dəfə “humanitar atəşkəs” elan olunsa da, hər dəfə Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq, azad edilmiş əraziləri yenidən işğal etməyə cəhd göstərir, prosesi qarşıdurmanın davamına doğru yönəldir. Ermənistanın sərgilədiyi mövqe göstərdi ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi - hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusunu geri çəkməli və zəbt etdiyi torpaqlardan çıxmalı, ondan sonra siyasi nizamlama prosesinə keçmək olar.


Müharibənin başlanmasının səbəbi də məhz Nikol Paşinyanın bu günə kimi əldə olunmuş irəliləyişin üzərindən xətt çəkməsi oldu. Erməni baş nazir hərəkətləri, bəyanatları ilə Ermənistana rəhbərlik etmiş şəxslərin heç birinin etmədiyi Azərbaycana qarşı təhqirlərə yol verdi. Onun açıqlamaları bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adekvatlıq palitrasıdır. Ermənistanın indiki rəhbərliyi danışıqlar prosesini mümkünsüz etdi və münaqişənin hərb yolu ilə həllindən başqa çıxış yolu qoymadı.


ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması istiqamətində müəyyən cəhdlər görsə də, səmərəlilik, nəticəlilik baxımından özünü doğrultmadı. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olar, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi.


Bunun indiyə qədər olmaması, Minsk qrupunun laqeyd münasibəti və Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi təcavüzkarı daha da azğınlaşdırdı. Nəticədə müharibə başlandı. 


Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur edən sanksiyalar tətbiq edilməli idi. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Belə bir mövqeyə üstünlük verildi ki,  təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaq. Azərbaycan bu vəziyyətlə sonsuz barışa bilməzdi və barışmadı da.


Hazırda hərbi əməliyyatlarda Ermənistan böyük miqdarda hərbçi və texnika itkisi verib. Məhv edilmiş hərbi texnikanın statistikası canlı itki haqqında da ciddi nəticə çıxarmağa əsas verir.  Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, Azərbaycan ordusunun itkiləri minimaldır.


Ermənistanın itkiləri...


Canlı qüvvə: Ermənistan rəsmi statistikada 1000-ə yaxın hərbçisini itirdiyini açıqlayıb. Lakin müstəqil mənbələr itkilərin 5 minə yaxın olduğu bildirilir.


Hərbi texnika: 252 tank məhv edilib, 53 tank ələ keçirilib. Toplam 305 tankdan Ermənistan məhrum edilib.


Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u ələ keçirilib: cəmi 79.


Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü ələ keçirilib: cəmi 275.


Minaatan – 61-i məhv edilib, 45-i ələ keçirilib: cəmi 106.


Tank əleyhinə vasitə : 53-ü məhv edilib.


82 “Qrad” qurğusu məhv edilib.


2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.


Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib.


6 “S-300” atıcı qurğusu məhv edilib.


Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib.


Yük avtomobilləri: 231 yük avtomobili məhv edilib. 173 yük avtomobili ələ keçirilib: cəmi 404 yük avtomobili.


Əldə olunmuş üç atəşkəs razılaşması Ermənistan tərəfindən pozulub, Azərbaycanın yaşayış məntəqəlri raket atəşinə tutulub, dinc əhali qətlə yetirilib, vətəndaşların mülkiyyətinə, infrastruktura ciddi ziyan yetirilb. Bütün bunlar göstərir ki,  Ermənistanın hərbi-siyasi rəhbərliyində əxlaq normaları, şərəf, ləyaqət, heç bir qayda yoxdur. 


Vandalizm siyasəti yürüdən Ermənistan hətta öz hərbçilərin cəsədlərinə də sahib çıxmaq istəmirlər. Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etsə də, erməni tərəfi imtina edib. Ermənistanın mübadiləni döyüş zonasında etmək cəhdləri mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Azərbaycan  Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsinin birtərəfli qaydada Ermənistana verilməsi barədə qərar qəbul edib. Lakin Ermənistan növbəti dəfə ölülərin cəsədlərini təhvil almaqdan imtina edib. Bu, heç bir insani əxlaq normalarına sığmır.


Bu, Ermənistanın vandalizm siyasətində və qeyri-insani dəyərlərindən irəli gəlir. Təsadüfi deyil ki, erənilər işğal etdikləri bütün yaşayış məntəqələrini dağıdıblar. Həmin ərazilərdə mədəniyyət abidələri, məscidlər, inzibati binalar, evlər məhv edilib. Hətta binaların daşları belə sökülərək digər ərazilərə aparılıb. Bu, barbarlıq, vəhşilik, quldurluqdan başqa bir şey deyil.


Azərbaycan Ordusu işğala son qoymaqla həm də bu vandalizmin qarşısı alır.


Vaqif Hüseynov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top