Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistanın bu gün Bərdədə mülki insanlara qarşı törədiyi terror əməlini pisləyib.
Demokrat.az-ın məlumatına görə, səfir bu barədə öz “Twitter” səhifəsində yazıb.
Səfir bildirib ki, Ermənistanın bu əməli pislənməlidir: “Bu gün Azərbaycanın Bərdə şəhərində çoxsaylı insan tələfatı ilə bağlı üzücü xəbər aldıq. Beynəlxalq səviyyədə qadağan olunmuş silahdan mülki əhaliyə qarşı istifadə qəbuledilməzdir və bu əməl birmənalışəkildə pislənilməlidir. Möhkəm dayan Azərbaycan!”.


