Naxçıvan iqtisadiyyatı cüzi böyüyüb

İQTİSADİYYAT 28 okt 2020, 10:16

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da 2,101 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.


“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çoxdur.


Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,2% artaraq 4 564 manat olub.


9 aylıq ÜDM-in tərkibində ilk yeri 28%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57%-ni təşkil edib. Son 1 ildə bölgədə sənaye istehsalı 1% artıb. İqtisadiyyatın digər sahələrinə gəlincə isə kənd təsərrüfatı sektorunda 3,7%, informasiya və rabitə sektorunda isə 4,6% artım olub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top