General-polkovnik Məhərrəm Əliyev "Twitter"də paylaşımlar etdi — FOTOLAR

GÜNDƏM 21 okt 2020, 17:47

Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev "Twitter" sosial şəbəkəsi hesabında Azərbaycan Ordusunun Qarabağ cəbhəsində əldə etdiyi uğurları və qələbələrindən bəhs edən paylaşım edib.


Qazanılan qələbə və zəfərlərin təməlində Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyəti və dönməz iradəsinin dayandığını vurğulayan general-polkovnik qeyd edib ki, üçrəngli bayrağımızın Şuşada və Xankəndində dalğalanacağı gün yaxındadır.


"Üçrəngli bayrağımızı işğaldan azad edən ərazilərimizdə qürurla yüksəldən qəhrəman hərbçilərimiz zəfər yürüşlərini əzmlə davam etdirirlər. Düşmən xofdadır, qorxudadır və döyüş meydanından qaçır. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!", paylaşımını edən Prezidentin hərbi məsələlər üzrə köməkçisi digər paylaşımında yazıb: "Azərbaycanın rəşadətli Ordusunun Qarabağ cəbhəsində qazandığı qələbələri cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, sarsılmaz iradəsinin nəticəsidir!!!".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top