Qəbələdə çayxana yandı

HADİSƏ 18 oktyabr 2020, 13:57

Qəbələ rayonunda yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Vəndam qəsəbəsində ümumi sahəsi 45 kvadrat metr olan çayxananın dam örtüyünün yanar konstruksiyaları yanıb.

 

Çayxananın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub.

 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top