Sosial

Azərbaycanın 2 şəhəri və 5 kəndinə giriş-çıxış dayandırılır — RƏSMİ

Azərbaycanın 2 şəhəri və 5 kəndinə giriş-çıxış dayandırılır — RƏSMİ

Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Demokrat.az-ın məlumatına görə, qərara əsasən, xüsusi karantin rejimi dövründə 2 noyabr saat 06:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.

D
demokrat.az