Siyasət

Prezidentin köməkçisi: "Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında olacaq"

Prezidentin köməkçisi: Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında olacaq

"Nikol Paşinyan və David Tonoyanın Gəncədəki mülki şəxslərə qarşı hərbi cinayətləri və Mingəçevirdəki enerji infrastruktruna qarşı hücumları beynəlxalq ictimaiyyətə təqdim olundu".

Demokrat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

O qeyd edib ki, artıq Ermənistan tərəfindən inkar edilə bilməz: "Ümid edirəm ki, Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında olacaq".

D
demokrat.az