Siyasət

"Gəncəyə atılan raket zərbəsi planlaşdırılmış terror aktıdır" — Rusiyalı ekspert

Gəncəyə atılan raket zərbəsi planlaşdırılmış terror aktıdır — Rusiyalı ekspert

Erməni silahlı qüvvələrinin Gəncəyə atdığı raket zərbəsi nəticəsində 9 mülki vətəndaşın ölümü planlaşdırılmış terror aktıdır və yahərbi cinayətdir.

Demokrat.az bildirir ki, bunu "Vestnikom Kavkaza"ya müsahibəsində Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Ekspert bildirib ki, bu, sadəcə öhdəliklərinin kobud şəkildə pozulması deyil:

"Ermənistan tərəfindən atəşkəs sazişinin imzalanmasından bir gün sonra hərbi cinayət, beynəlxalq terror aktı törədilir. Bu zərbənin xüsusi olduğunu başa düşmək vacibdir. Bununla belə, Gəncəyə düşən ballistik raket uçuş tapşırığını yerinə yetirir, əvvəlcədən vurulan yerin koordinatları qeyd olunur. Yəni, Gəncəyə edilən bu hücum Ermənistanın hərbi komandanlığı tərəfindən planlaşdırılır, təsdiqlənir və sanksiya olunur" - deyə hərbi ekspert izah edir.

D
demokrat.az