Bu ilin əvvəlindən rusiyalılar 1 milyondan çox ipoteka krediti götürüblər

DÜNYA 10 okt 2020, 18:55

Bu ilin əvvəlindən Rusiya vətəndaşlarına ümumi məbləği 2,7 trilyon rubl (35 milyard ABŞ dollarından çox) olan təxminən 1 milyon ipoteka krediti verilib. 


“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 


Məlumata görə, o cümlədən sentyabr ayında rusiyalılar 180 mindən çox ipoteka krediti götürüb ki, bunun da ümumi məbləği təxminən 500 milyard rubl (6,5 milyard ABŞ dolları) təşkil edib. Ötən ay qonşu ölkədə yeni tikililər üçün güzəştli ipoteka proqramı tətbiq edilib, ipoteka kreditlərinin illik faiz dərəcəsi tarixi minimuma düşüb. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top