Nigeriyada çoxlu sayda məhbus həbsxanadan qaçdı

DÜNYA 25 apr 2024, 20:46
Nigeriyanın Niger əyalətində baş verən fırtına səbəbindən bölgədəki həbsxananın bir hissəsi uçub.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində həbsxanada olan 119 məhbus qaçıb.

Dərhal təhlükəsizlik qüvvələri tərəfindən əməliyyat-axtarış tədbirləri başladılıb.

Əməliyyatlar nəticəsində indiyədək 10 məhbusun saxlanıldığı bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top