Meksikada yaşayış evinə qumbara atdılar: altı nəfər öldü

DÜNYA 10 okt 2020, 12:31

Meksikanın qərbində Xalisko ştatında naməlum şəxslər tərəfindən yaşayış binasına hücum edilib.


TASS xəbər verir ki, evə atılan qumbara nəticəsində altı nəfər ölüb, iki nəfər yaralanıb.


Qumbaralar binada qaz silindrinin partlamasına və yanğına səbəb olub.


Hadisə yerinə gələn polislər avtomat silah üçün 200 patron, beş əl bombası və çox miqdarda pul tapıblar.


Münaqişənin əsas səbəbinin torpaq satılması ilə bağlı olduğu qeyd edilir.


Xatırladaq ki, 2020-ci ilin ilk yarısında Meksikada ən azı 14,6 min insan zorakılığın qurbanı olub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top