Hadisə

Bakıda tanınmış şirkətə böyük məbləğdə cərimə yazıldı

Bakıda tanınmış şirkətə böyük məbləğdə cərimə yazıldı

Bakının Binəqədi rayonunda "M.İ.Q.-2018" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, MMC 1500 manat məbləğində cərimə olunub.

Məlumata görə, MMC tərəfindən daşınan yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməyib.

Ona görə də, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az