İranda müxalifətçinin atası intihar etdi

DÜNYA 05 okt 2020, 21:23

İranda barəsində edam hökmü çıxarılmış müxalifətçi Əmirhüseyn Muradinin atası Məhəmməd Muradi intihar edib.

 

“Report” xəbər verir ki, məlumatı “Etemad News” yayıb.

 

Bildirilib ki, Məhəmməd Muradi edam hökmü barədə xəbərlə bağlı davamlı psixoloji təzyiqə dözməyib. Məhəmməd Muradinin anasının sözlərinə görə, əri həmişə oğlundan danışıb: "O deyirdi ki, yenidən Əmirhüseynlə bir masa arxasında oturmaq  istərdi".

 

Məlumata görə, güləşçi Nəvid Əfkarinin edam hökmünün icrası onu çox məyus edibmiş. Qeyd edək ki, Nəvid Əfkari bu günlərdə edam olunub. O, 2018-ci ilin payızında İranda keçirilən etiraz mintinqlərinin təşkilində şübhəli bilinirdi.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top