Hadisə

Goranboyda iki avtomobil toqquşdu: 11 yaralı var

Goranboyda iki avtomobil toqquşdu: 11 yaralı var

Goranboyda iki minik avtomobili toqquşub.

Demokrat.az-ın məlumatına görə, hadisə Zeyvə-Səfikürd avtomobil yolunda baş verib.

Qəza nəticəsində aralarında yeniyetmələr və 2016-cı il təvəllüdlü azyaşlı olmaqla, 11 nəfər Zeyvə kənd sakini xəsarət alıb. Onlardan . 1984-cü il təvəllüdlü Rzayeva Təhminə Vəli qızı və 1960-cı il təvəllüd Aslanova Ramiyə Nəzir qızına rayon xəstəxanasında lazımı tibbi yardım göstərilib, 2 nəfər rayon xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

D
demokrat.az