İsrailli politoloq: "Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat terrordur" (VİDEO)

SİYASƏT 24 sen 2020, 22:00

"Ermənistan Hərbi Hava Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribat şübhəsiz ki, terrorist hücumudur".


Demokrat.az-ın xəbərinə görə, bu fikirləri israilli politoloq Mixail Finkel səsləndirib.

 

O, "CBC İnternational" telekanalına açıqlamasında bildirib ki, razılaşdırılmış beynəlxalq qanunvericiliyə əsasən, hərbi obyektlərə deyil, mülki əhaliyə istənilən zərbə cinayətkarlıq sayılır. 


Onun sözlərinə görə, bu iki ölkənin ordusu və yaxud dövlətlərin ayrı-ayrı güc strukturları arasında müharibə deyil.


Politoloq hesab edir ki, Ermənistanın Azərbaycanla sərhəddə dinc əhaliyə qarşı törətdiyi təxribat terrordur.

 

Daha ətraflı videoreportajda:

 

 

Zamiq Hüseynli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top