Millət vəkili imtahanlarda 600-dən yuxarı bal toplayan tələbələrlə görüşdü — FOTO

SOSİAL 23 sentyabr 2020, 18:48

Millət vəkili Fəzail Ağamalı deputat seçildiyi 60 saylı Salyan - Neftçala seçki dairəsindən ali məktəb imtahanlarında 600-dən yuxarı bal toplayan Süleymanov Abdulla, Mürsəlova Gülceyran, Məhərrəmova Aytac, Sadıqova Ləmanla görüş keçirib. 


Demokrat.az xəbər verir ki, səmimi keçən görüşdə tələbələr, onların təhsil aldıqları məktəb direktorları və valideynlər iştirak ediblər.


Qəbul imtahanında yüksək nəticə əldə edən tələbələri təbrik edən Fəzail Ağamalı, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar diləyib, məsləhət və tövsiyələrini verib, dövlətimizin layiqli vətəndaşları olmağı arzulayıb.


Görüşdən bəzi fotoları təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top