Şirvanda avtomobil piyadanı vuraraq öldürdü — FOTO

HADİSƏ 21 sen 2020, 22:57

Şirvanda 54 yaşlı qadını avtomobil vuraraq öldürüb.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində, Köhnə şəhər massivində qeydə alınıb.


Şirvan sakini, 1993-cü il təvəllüdlü Əliyev Qulu Elman oğlu idarə etdiyi "Mercedes" markalı 50-DB-989 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1966-cı il təvəllüdlü Həsənova Fərqanə Məmmədəli qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top