Aslan İsmayılov: "Heç olmasa 1990-cı illərin əvvəllərində baş verənləri xatırlayın, dərs götürün..."

GÜNDƏM 21 sen 2020, 13:00

"Bəzilərinin, o cümlədən tanınmışların kin, nifrət, qərəz, vəzifə hərisliyi o qədər gözlərini tutub ki, sərhəd bölgəsində baş verənlərdə də hakimiyyəti günahlandırır, baş verənləri hakimiyyətin təxribatı adlandırıb insanları ayağa qalxıb hakimiyyəti devirməyə, belə bir məqamda hansısa demokratik seçkilər keçirməyə çağırırlar".


Demokrat.az xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. 


Daha sonra Aslan İsmayılov qeyd edib: "Bu gün Azərbaycan ətrafında, Ermənistanda və bölgədə baş verənləri görməmək üçün kar, kor, yaxud üzr istəyirəm ifadəyə görə, debil olmaq lazımdır. Əks halda bu, hakimiyyətə yox, Dövlətə, Vətənə, Xalqa xəyanətdir! 

 

Vicdanınız olsun, heç olmasa 1990-cı illərin əvvəllərində baş verənləri xatırlayın, təhlil edin və dərs götürün".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top