BNA-dan "Bakubus"da baş verən tüstülənməyə REAKSİYA — VİDEO/FOTO

HADİSƏ 16 sen 2020, 23:57

Bu gün "Bakubus" avtobusunda tüstülənmə baş verib.


Demokrat.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyiynin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev hadisəyə münasibət bildirib.


O, bildirib ki, avtobusda sadəcə kiçik texniki nasazlıq yaranıb: “Bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Təqdim olunan foto və video görüntülərdən də aydın olur ki, hər hansı bir yanğın hadisəsi olmayıb.


Avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsilə nasazlıq qısa vaxtda aradan qaldırılıb. Avtobus depoya yola salınıb”.

 

 

No description available.

No description available.

No description available.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top