Deputat: "Azərbaycan Ordusu Ermənistanı daim qorxu içində yaşadır"

SİYASƏT 15 sen 2020, 23:24

Bu gün sosial şəbəkələrdə ordu rəhbərliyinə və silahlı qüvvələrə qarşı qarayaxma kampaniyaları artıb. Düşmən qüvvələr tərəfindən aparılan təxribat kampaniyaların əsas məqsədi əsgərlərimiz və gənclərimizdə döyüş əzmini zəiflətməkdir.


Demokrat.az-ın xəbərinə görə, bunu "sonxeber.az"-a açıqlamasında deputat Cavid Osmanov deyib. O, bildirib ki, bu gün ermənilər sosial şəbəkələr vasitəsilə milli ordumuzun rəhbərliyinə və silahlı qüvvələrimizə qarşı çirkin siyasət aparırlar:


"Ermənilər bu yolla ordumuzda və xalqımızda olan vətənpərvərlik, döyüş əzmini zəiflətməyə çalışırlar. Amma onlar, bu çirkin niyyətlərini reallaşdıra bilməyəcəklər. Çünki 12 iyulda Tovuz istiqamətində gedən döyüşlər həm ordumuzda, həm də xalqımızda vətənpərlik ruhunu daha da artırdı.
Təbii ki, xalqımızda olan bu birlik və döyüş əzmi Ermənistan tərəfini qorxuya salır. Ermənistan Azərbaycandan çəkinir. Azərbaycan ordusu Ermənistanı daim qorxu içində yaşadır. Aprel döyüşləri, Günnüt əməliyyatı və ən sonda Tovuz istiqamətində gedən döyüşlər ermənilərdə Azərbaycan xofunu daha da artırdı.


Məhz ona görə də müxtəlif yollarla ordumuza qarşı qarayaxma kampaniyaları aparırlar. Ermənilər müxtəlif yollarla xalqımızda ordumuza olan etibarı və inamı zədələməyə çalışırlar. Bu məsələdə ölkə daxilində olan 5-ci kalonun nümayəndələri də onlara kömək edirlər. 5-ci kalonun üzvləri olan klaviatura qəhrəmanları ölkəmizə, dövlətimizə və xalqımıza qarşı söyüş, qarayaxma kampaniyaları aparırlar.


Təbii ki, insanlarımız bunun fərqindədir. Amma yenə də insanlarımız informasiya məkanında ehtiyatlı olmalıdır. Çünki istənilən ehtiyatsız davranış və ehtiyatsız səsləndirilən fikir milli maraqlarımızın ziddinə ola bilər. Bu gün hər bir azərbaycanlı ordumuza güvənir və dəstəkləyir. Erməni gənclərindən fərqli olaraq gənclərimizdə döyüş əzmi yüksəkdir. Onlar hər an Ali Baş Komandanın döyüş əmrini gözləyirlər".Sonxəbər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top