Azərbaycanda 22 yaşlı qadın intihar etdi

HADİSƏ 13 sen 2020, 10:37

Xaçmazda intihar hadisəsi baş verib.


Demokrat.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Şəfəq küçəsində qeydə alınıb.


Şəhər sakini 1998-ci il təvəllüdlü, Turunc Mehman qızı Məmmədəliyeva özünü yaşadığı evdə asaraq intihar edib.


Qeyd edək ki, T.Məmmədəliyeva ailəli olub, övladı yoxdur. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top